Xəzər Xəbər

Dövlət tibb müəssilərində psixoloji kabinetlər açılacaq VİDEO

Veb TV | 21:17 • 25 Oktyabr 2018
Dövlət tibb müəssilərində psixoloji kabinetlər açılacaq

Vətəndaşlara pulsuz psxioloji yardım ala biləcəklər. Bu sahədə xidmət göstərmək istəyənlərin attestasiyası keçiriləcək. Daha sonra onların fəaliyyətinə icazə veriləcək.

Dövlət tibb müəssilərində psixoloji kabinetlər açılacaq. Burada vətəndaşlar pulsuz psxioloji yardım ala biləcəklər. Psixoloq təhsili olmayanların fəaliyyəti isə qadağan ediləcək.

Bütün bunlar uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsində əksini tapıb. Millət vəkili Musa Quliyevin sözlərinə görə, qanun hər kəsə pulsuz psixoloji yardım üçün yaşadığı rayon ərazisindəki dövlət səhiyyə müəssisəsinə müraciət etmək imkanı yaradacaq.

Millət vəkili bildirib ki, lahiyənin qəbulundan sonra bu sahədə xidmət göstərmək istəyənlərin attestasiyası keçiriləcək.Yalnız bundan sonra onların fəaliyyətinə icazə veriləcək.

Yeni qanunda psixoloqların fəaliyyətini tənzimləyən "Psixoloqlar Şurasının" yaradılması da nəzərdə tutulub.

Musa Quliyevin sözlərinə görə, bu qanun psixoloji yardımı peşə səviyyəsinə qaldıracaq, onun hüquqi əsaslarını müəyyən edəcək. Artıq Milli Məclisin plenar iclasına təqdim olunan qanun layihəsinin gələn ildən qüvvəyə minməsi nəzərdə tutulur.

Xəbər lenti