Xəzər Xəbər

Prezident: “İşğalçı qüvvələr zəbt olunmuş ərazilərdən çıxarılmalıdır” - VİDEO

Veb TV | 19:54 • 25 Oktyabr 2018
Prezident:

Azərbaycan,beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verən bir ölkədir.Prezident İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki çıxışında belə deyib. Dövlət başçısı bildirib ki, həm Avropa Şurası, həm də İslam Əməkdaşlıq Təşiklatının üzvü olan Azərbaycan sivilizasiyalar arası dialoqun qurulması və inkişafında hər zaman maraqlıdır.

Paytaxt Bakı daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir. Bu gün Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

"Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən VI Beynəlxalq Humanitar Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 580-dən çox nümayəndə qatılıb. Forumda çıxış edən prezident İlham Əliyev Azərbaycanın dünyada sivlizasiyalararası dialoq məkanı kimi tanındığını bildirib. Dövlət başçısı bildirib ki, Azərbaycan hər zaman humanitar əməkdaşlığa böyük əhəmiyyət verib.

Prezident bildirib ki, Azərbaycan multikultralizm, tolerantlıq kimi dəyərlərindünyada təbliğinə böyük töfhələr verir. Bu həm də Azərbaycanın dövlət siyasətindən irəli gəlir. Azərbaycanda uzun illərdir ki,fərqli dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri mehriban şəraitdə yaşayır. Yəni rəsmi Bakı öz timsalında isbatlanmış bir modeli dünyaya tövsiyyə edir.

Dövlət başçısı çıxışında dünyada və regionda baş verən münaqişələrə və onların yaratdığı təhdidlərə də toxunub. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarını ətraflı məluatlandıran prezident İlham Əliyev bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etməklə bərabər bu ərazilərdə etnik təmizləmə aparıb. Ermənistanın işğalçı olması BMT Təhlükəsilik Şurasının 4 qətnaməsi başda olmaqla əksər nüfuzlu beynəlxalq təşkilatların sənəd və bəyanatlarında əksini tapıb. Bu sənədlərdə münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasınını vacibliyi vurğulansa da qərarların icra mexanizmində problemlər var.

Prezident İlham Əliyev bildirb ki, Azərbaycanın təşəbbüsü ilə hayətə keçirlən müxtəlif tədbirlər, habelə iqtisadi layihələr dövlətlərə böyük iqtisadi faydalar qazandırmaqla yanaşı onları yaxınlaşdırır.Bu isə eyni zamanda humanitar sahədə yeni əməkdaşlıq prespektivləri açır. Azərbaycan coğrafi, iqtsadi, starteji cəhətdən çox mühüm bir mövqeyə malikdir. Və bu üstünlüklərindən sülh və əməkdaşlq üçün maksimum istifadə edir.

Sonra Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodets Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.Daha sonra BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO-nun baş direktorunun müavini Qu Ksinq və Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron çıxış ediblər. Sonra Forum işini plenar və işçi sessiyalarla davam etdirib.

Xəbər lenti

Çox oxunanlar