Xəzər Xəbər

İtinə sünü nəfəs verdi, heyvan öldü, özü isə zəhərləndi VİDEO

Veb TV | 12:29 • 25 Oktyabr 2018
İtinə sünü nəfəs verdi, heyvan öldü, özü isə zəhərləndi
Sümük başa bəla oldu

Türkiyənin Aydınlı bölgəsində şok hadisə yaşanıb. Qəsəbədə küçəyə atılan zəhərli sümükləri yeyən "Sibir qurdu" cinsindən olan "Poyraz" adlı 10 aylıq it ölüb. İtinin can üstə olduğunu görüb ona süni tənəffüs verərək xilas etmək istəyən Dr. Çağlar Doğrul da zəhərlənib. Aydınlı dövlət xəstəxanasında çalışan Ortopedik mütəxəssisi Dr. Çağlar Doğrul iti "Poyraz"ı yanına alaraq gəzintiyə çıxıb. Bu zaman "Poyraz" bir torbanın içində atılan sümükləri yeyib. Az sonra zəhərli sümüklər olduğundan yerə yıxılıb. İtinin can verdiyini görən Uzm. Dr. Doğrul "Poyraz"ı qurtarmaq üçün süni tənəffüs verməyə başlasa da it ölür. Bu zaman Çağlar da zəhərləndiyini fərq edir.

Xəstəxanaya çatdırılan həkim müalicə altına alınır. Araşdırma zamanı sümüklərin üzərinə tökülən maddənin güclü bir zəhər olduğu aydın olur.

 

Müalicəsi davam edən Çağlar Doğrul yaşadıqları o anları belə izah edir:
"İtimə yardıma çalışdım, zəhər mənə də təsir etdi. Ürək bulanması və qusma baş verdi və dərhal xəstəxanaya müraciət etdim. İtim, şübhəli bir qida yedikdən 20 dəqiqə sonra birdən sıxıldı və epilepsiya keçirən kimi oldu. Yerə yıxıldı, mən də onu təkrar həyata qaytarmaq üçün müdaxilə etdim, lakin təəssüf ki, öldü. Demə ona süni tənəffüs verərkən mən də zəhərlənmişəm. Bir az da davam etsəydim, məni də eyni şəkildə bir ölüm gözləyirdi. Təəssüf ki, ölüm can dostumu məndən aldı". (sherg.az)

Xəbər lenti