Xəzər Xəbər

Şübhəli bağlama üzündən CNN əməkdaşları küçələrə axışdı - VİDEO

Veb TV | 21:52 • 24 Oktyabr 2018
Şübhəli bağlama üzündən

CNN televiziya şirkətinin Nyu-Yorkdakı ofisinin əməkdaşları partlayıcı qurğunun aşkarlanması məlumatları səbəbindən təxliyə olunub.

Həyəcan siqnalı hətta canlı efir zamanı eşidilib.

Verilişin aparıcısı canlı yayımda bildirib ki, bina polis tərəfindən mühasirəyə alınıb.

Bildirilir ki, poçt xidmətinin gətirdiyi bağlamalar arasında şübhəli əşya aşkarlandıqdan sonra binada çalışan şəxslərin təxliyə olunması barədə qərar qəbul edilib.


Xəbər lenti

Çox oxunanlar