18 yaşlı oğlanın mobil telefonu cibində qəfil partlayıb. Yanıq xəsarətləri alan gənc xəstəxanalıq olub. Hadisə Rusiyada baş verib.
Son dövrlər sosial şəbəkələrdə belə xəbərlərə tez-tez rast gəlinir. Bu məsələ bir daha mobil telefonların hansı səbəbdən partlaya biləcəyi məsələsini aktuallaşdırır. Mütəxəssislər deyirlər ki, telefonun partlamasının bir neçə səbəbi ola bilər. Seymur Yusubovun sözlərinə görə, başlıca səbəb mobil telefonun saatlarla enerjiyə qoşulu vəziyyətdə saxlanılmasıdır
Digər bir səbəb kimi isə orijinal olmayan batareyalardan istifadə göstərilir. Seymur Yusubov deyir ki, belə batareyalar telefonda təkcə partlama yox, digər fəsadlar da yarada bilər.
Satışda olan bateriyalarla da maraqlandıq. Satıcılar deyirlər ki, orijinal ilə sadə bateriyaları fərqləndirmək əslində çox asandır.
Bundan başqa orijinal batareyalar 1 ay zəmanətlə satılır.