Havaların quraq keçməsi Cəlilabadda taxıl əkinini ləngidir.
Təsərrüfatçılar sahələrdə səpin üçün əlverişli şərait olmadığı üçün, əkinə bir neçə gün gec çıxıblar. Fermerlər deyir ki, torpağınüst qatıquru və kəssəyli olduğu üçün texnikanın hərəkəti də çətinləşir.
Hazırda səpin şoran torpağlarda və dağətiyi ərazilərdə aparılır. Mütəxəssislər bildirir ki,əkini qısa müddətdə başa vurmaq üçün səpinə oktyabrın əvvəlindən başlamaq lazımdır.
Fermerlər yağışların düşməsini gözlədiyindən sahələri əkinə yararlı vəziyyətə gətirə bilməyiblər. Fermerlər deyir ki, bu da ilk növbədə məhsuldarlığa pis təsir göstərəcək.