Avtomobil dirəyə çırpılıb. Baş verən qəza ölümlə nəticələnib.
Hadisə Bakı- Qazax magistral yolunun 250 km-də magistral yolun Ucar rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olanminik avtomobili yoldan çıxaraq yola nəzarət kamerası olan dirəyə çırpılıb. Hadisə nəticəsində sürücü, 69 yaşlıGədəbəy sakini Elman Məmmədov və maşında olan həyat yoldaşı, 62 yaşlıSolmaz Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası yarasız hala düşüb.
Ucar rayonunda daha bir qəzada piyada vurulub. Hadisə gecə saatlarında rayon mərkəzində qeydə alınıb.Ucar rayon sakini Rəşad Hüseynov idarə etdiyi minik maşını ilə yolu keçən 64 yaşlı Xuraman İsmayılovanı vurub. Qəzadan sonra sürücü yaralını dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Yaralının vəziyyəti ağır olduğundan həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Zərdabda isə minik maşını traktorla toqquşub, bir nəfər ölüb. HadisəDəkkəoba kənd ərazisində baş verib. rayon sakini 61 yaşlı Rövşən Həsənov idarə etdiyi traktorla Kürdəmir istiqamətindəhərəkətdə olarkən qarşı tərəfdən gələn Kəlbəcər rayonundan olanƏjdər Əhmədovun idarə etdiyi minik maşını ilə toqquşıb. Qəza nəticəsində minik maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib.
Bütün faktlar üzrə araşdırmalar davam etdirilir.