Xəzər Xəbər

Sərxoş olub dostunun maşınını qaçırmaq istədi VİDEO

Veb TV | 19:59 • 24 Oktyabr 2018
Sərxoş olub dostunun maşınını qaçırmaq istədi

Qadına qarşı soyğunçuluq edən şəxs tutulub.

Paytaxtın Nizami rayonunda yaşayan bir qadın 25-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin yaşadığı evin yaxınlığında onun əlindən içərisində 85 manat və sənədlər olan çantasını alaraq qaçdığını bildirib. Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Tərlan Umayev saxlanılıb. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.

Polis daha bir əməliyyatnəticəsində, paytaxt sakini Yusif Həsənova məxsus "Mersedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Ramal Ağacanovu saxlayıb. Araşdırma zamanı məlum olub ki, Ramal Ağacanov avtomobilin sahibi ilə əvvəldən tanış olub. Onlar birlikdə spirtli içki qəbul etdikdən sonra Ramal Ağacanov zərərçəkənin avtomobilin qaçırmaq qərarına gəlib.Amma Yasamal rayonu ərazisində dövlət yol polisləri onu saxlayan zaman o, avtomobili orada qoyaraq qaçıb. Polis Ramalı Lənkəranda saxlayaraq istintaqa cəlb edib.

Qeyd edilən faktlarla bağlı 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib.

Xəbər lenti

Çox oxunanlar