Xəzər Xəbər

Çoxillik şabalıd ağacları quruyaraq məhv olur VİDEO

Veb TV | 20:39 • 24 Oktyabr 2018
Çoxillik şabalıd ağacları quruyaraq məhv olur

Uzunömürlü şabalıd ağacları baxımsızlıq səbəbindən quruyaraq kütləvi şəkildə məhv olur.

Bir vaxtlar kənd sakinlərinin əsas gəlir mənbəyinə çevrilən bu ağaclardan demək olar ki,məhsul götürmək qeyri-mümkün olub.Söhbət Şəkinin bir vaxtlar şabalıdı ilə məhşur olan Baş Şabalıd və Aşağı Şabalıd kəndlərindən gedir.Sakinləri deyir ki,əvvələr kəndlərdə olan şabalıd ağaclarından tonlarla məhsul götürülürdü.İndi şabalıd ağaclarının 60--70 faizi quruyub vəhazırda da bu prosses davam edir..

Kənd sakinləri ağacları budayaraq onu qurumaqdan xilas etməyə calışsalarda kütləvi qurumanın qarşısını ala bilmirlər.Nəticədə də məhsuldarlıq ilbəil bir neçə dəfə azalır.

Şabalıdın iqtisadi səmərəsi ilə yanaşı böyük müalicəvi təsiri də olduğunu deyən sakinlər,bu günədək min nəfərə qədər əhalisi olan kəndlərində Şəkər xəstəsinin olmadığını da elə bu məhsullaəlaqələndirirlər.

Bəs ağacların belə kütləvi işəkildə qurumasına səbəb nədir? Milli Elmlər Akademiyasının Şəki Regional Şöbəsinin alimi Coşqun Məmmədov qurumaya səbəb kimi ağaclara düşən xəstəliyi göstərir.

Mütəxəssisin sözlərinə görə xəstəlik dünyanın bir sıra ölkələrində geniş yayılıb. Ağacları bu təhlükədən qorumaq üçün isə ağacın qurumuş gövdələrini və yarpaqlarını yandırmaqla eləcədə ağacların qabığını sağlam hissəyə qədər soyaraq kimyəvi maddələr vurmaqla vurusları məhv etmək mümkündür.

Xəbər lenti