Sabah "Qarabağ" futbol klubu daha bir sınağa çıxır. Təmsilçimiz Ukraynanın "Vorskla" komandası ilə qarşılaşacaq. Bundan əvvəlki oyunlarda stadionu tam dolduran Qarabağ azarkeşləri nədənsə bu dəfə aktiv deyillər. Sabahkı oyuna çox az bilet satılıb. Hərçənd əvvəlki oyunlarla müqayisədə "Vorskla " ilə qarşılaşmaya biletlərin qiyməti 50 faiz daha ucuzdur.
Bundan əvvəlki oyunlarda stadion tam dolduran azarkeşlərin "Qarabağ"-ınvorskla ilə oyununa marağı xeyli azalıb.belə ki oyuna bir gün qalmasına baxmayaraq cəmi 18 min bilet satılıb ki bu da stadionun tamaşaçı tutumunun3 də birindən də azdır. belə ki bakı olimpiya stadionunu tamaşaçı tutumu 68 min 700 nəfərdir.
Halbu ki adlı sanlı rəqaiblərlə müqayisədə komandamızn bu oyunda tamaşaçı dəstəyşnə daha böyük ehtiyacı var.
Oyuna şəxsi avtomobili ilə gəlmək istəyənlər üçün parklanma yerləri də ayrılıb.Ötən mövsüm "Çelsi" ilə oyunda Azərbaycan futbol tarixində ən böyük xareoqrafiyanı açaraq azarkeşlərə sürpriz edən klub tərəfindənbu dəfə stadionun dolmaması səbəbindən belə bir aksiya nəzərdə tutulmayıb.Lakin hər iki komanda xalsız olduğundan oyunun gərgin mübarizə şəraitində keçəcəyi gözlənilir.
Əvvəlki oyunlardan fərqli olaraq sabahkı qarşılaşmada biletlər satışa 50 faiz daha ucuz çıxarılıb.Azarkeşlərin isə bəziləri bilet almasa da,bəziləristadionda futbol çoşğusunu yaşamağı düşünür.
Qeyd edək ki,"Qarabağ"- "Vorskla oyunu 20:55-də Bakı olimpiya stadionda baş tutacaq.Oyuna olan biletlərin qiyməti isə iki manatdan başlayır.