Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində kafelərdən birinin üzərində olan Azərbaycan bayrağının təhrif edilməsinə həmyerlilərimiz müdaxilə ediblər. Onlar bayrağda aypara və ulduzu bağlayan yapışqanı qoparıb, obyekt sahiblərinə xəbərdarlıq ediblər. Kafedə işləyənlərin verdiyiməlumata görə, təxribatı erməni tələbələr törədib.
Bütün ölkələrinin bayraqlarının olduğu yerdə Azərbaycan bayrağı təhrif edilib. Bunu görən həmyerlimiz isə bayrağın üzərinəki yapışqanı qoparır və bayrağı əvvəlki halına qaytarır.
Bu görüntülər iki gün əvvəl Rusiyanın Rostov vilayətinin Şaxta şəhərində çəkilib. Bayrağda düzəlişi edən isə həmyerlimiz Aysel Hüseynovadır.Onun sözlərinə görə bu hadisə şəhərdəki, üzərində bütün öləkələrin bayraqlarının olduğu kafedə baş verib.
Həmyerlilərimiz bayraqı düzgün olduğu vəziyyətə qaytardıqdan sonra kafe sahiblərinədə bunun tekrar olunmaması üçün xəbərdarlıq ediblər.
Həmyerlilərimiz bundan sonrada həmin kafeni nəzarətdə saxlayacaqlarını belə faktın təkrarlanacağı halında hüquq mühafizə orqanlarına məluma verəcəklərini bildirirlər.