Ucarda qəza olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakı - Qazax magistral yolunun 250-ci km-də, Ucar rayonu ərazisindən keçən hissəsində baş verib. Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq kənardakı nəzarət kamerasının dirəyinə çırpılıb. Hadisə nəticəsində sürücü- 69 yaşlı Gədəbəy sakini Elman Məmmədov və maşında olan onun həyat yoldaşı 62 yaşlı Solmaz Məmmədova aldıqları bədən xəsarətlərindən hadisə yerində dünyalarını dəyişiblər. Zərbənin təsirindən avtomobil və təhlükəsizlik kamerası yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az hadisənin görüntüsünü təqdim edir: