Xəzər Xəbər

Qum, əhəng, kömür, şüşə və lezva yeyən insanlar - TƏHLÜKƏLİ VƏRDİŞ - VİDEO

Veb TV | 10:25 • 24 Oktyabr 2018
Qum, əhəng, kömür, şüşə və lezva yeyən insanlar -

Bəzi insanlar var ki, orqanizm üçün təhlükəli olan əşyaları, hətta kəsici-deşici əşyaları fərqinə varmadan yeyirlər. Ancaq bunun həyatları üçün nə qədər təhlükəli olduğunu anlamırlar. 

Xezerxeber.az Bəxtiyar Qurbanov da həmin şəxslərdəndir. Amma o hesab edir ki, belə maddələr onun üçün təhlükə yarada bilməz.

Belə insanlar anormal qidaları qəbul etməyə adətən uşaq yaşlarından başlayırlar. Sonradan isə bəzilərində bu hal vərdişə və asılılığa gətirib çıxardır.

Bu hal orqanizmdə bir çox mineralların olmaması və anemiya səbəbindən yaranır. Hətta bu hal hamilə qadınlarda da özünü göstərir.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, bu cür anormal qidalanma insan orqanizmi üçün həyati dərəcədə təhlükəlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti