Bakıda metro yaxınlığında quldurluqolub. Tanımadığı şəxsə yaxınlaşıb,kibrit istəyən quldur,sonra onu kəsici alətlə hədələyərək mobil telefonu alıb . Astarada isə həmkəndlisini döyüb pulunu alan şəxs saxlanılıb.
Kibrit almaq adı ilə yaxınlaşdığı şəxsə qarşı quldurluq edib.
Hadisə paytaxtın Nizami rayonunda baş verib. Eşqin Gülalıyev ərazi üzrə 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospektində tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.
Quldurluq hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindənkeçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.
Cavanşir Bayramov barəsində Nizami Rayon Polis İdarəsində qudurluq maddəsi ilə cinayət işi başlanıb. Polis onun başqa cinayətlərinin olmasını istisina etmir.
Astarda isəhəmyerlisini döyərək zorla pulunu mənimsəyən şəxssaxlanılıb. Astara şəhər sakini Rafiq Ağayevpolisə müraciət edərək rayonun Şahağacı kəndi ərazisində naməlum şəxsin onu daşla və yumruqla vurub üzərindəki pulu zorla ələ keçirərək hadisə yerindən qaçdığını bildirib. Keçirilən əməliyyatlahadisənitörətməkdə şübhəli bilinən həmin kənd sakini Bəxtiyar Mirzəyev saxlanılıb. Onun üzərindən zərərçəkən şəxsdən mənimsədiyi 55 manat pul aşkarlanaraq maddi sübut kimi götürülüb.
Bu faktla bağlı da cinayət işi başlanıb.