Xəzər Xəbər

Madriddə “yol əhvalatı”: Şəhərin mərkəzi küçələrini qoyunlar zəbt edib - VİDEO

Veb TV | 16:37 • 23 Oktyabr 2018
Madriddə “yol əhvalatı”:

Ötən həftəsonu Madridin mərkəzi küçələri qeyri-adi səbəbdən bağlanıb. Belə ki, küçələri 1500 qoyundan ibarət sürü zəbt edib. Sürücülər isə özləri üçün alternativ yollar seçməli olublar.

Artıq 26 ildir ki, hər il bu cür "yol əhvalatı" İspaniyanın paytaxtında keçirilir. Məhz 1992-ci ildə şəhər rəhbərliyi artıq yaddaşlardan silinən bir ənənəni— sürülərin payızda şimaldan cənuba köçürülməsini— yenidən canlandırmağa qərar verib.

Hər il onminlərlə Madrid sakini və turist bu qeyri-adi yürüşü izləməyə gəlir. Bu il də ənənəvi xalq musiqisi və rəqs sədaları altında 1550 qoyun və 80 keçi 4 saat ərzində şəhərin mərkəzinin gəzməli-görməli yerlərindən keçib. Xırdabuynuzluların İspaniyanın şimal-qərbində yerləşən Leon vilayətindən Madridə səfərləri isə bir ay çəkib./sputnik.az

Xəbər lenti

Çox oxunanlar