Türkiyənin İstanbul şəhərində həbsxanadan qaçmış şəxs 11 nəfəri bıçaqla yaralayıb.
"Habertürk" xəbər verir ki, hadisə Kadıköy rayonunda baş verib. Xəsarət alanlar xəsatəxanaya yerləşdrilib, onlardan 2-ninvəziyyəti ağırdır.
Məlumata əsasən, hücum edən şəxs polislər tərəfindən saxlanılıb. İlkin açıqlamaya görə, onun qisas zəminində qəssab dükanına gəldiyi və orada çalışanlara hücum etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır./publika.az