Ötən həftə Türkiyədə 3 körpə uşağının boğazını kəsən qadının polisə verdiyi qandonduran ifadə medianı alt-üst edib.
Ölkənin Adana şəhərində qeydə alınan hadisə ölkəni matəmə boğub. 26 yaşlı ana Selma Cice yaşadıqları evin dəhlizində 3 övladı: 6 yaşlı oğlu Mahmud, 9 yaşlı qızı Semanur və 11 yaşlı Məmməd Əmin Cicenin boğazlarını kəsərək qətlə yetirib. Daha sonra əlindəki bıçaqla biləklərini kəsərək intihara cəhd edib.
Qadın çoxlu qan itirdiyindən huşunu itirib. Bir neçə saat sonra tarladan evə qayıdan ata Cabbar Cice pəncərədən gördükləri qarşısında şok keçirib. Pəncərə şüşəsini qıraraq evə girən ata fəryad edib. Qonşular kişini sakitləşdirməyə cəhd edib və hadisə yerinə təcili tibbi yardım çağırıb.
26 yaşlı ana təcili yaxınlıqdakı Adana Şəhər Xəstəxanasına yerləşdirilib. Qadının həyatını xilas etmək mümkün olub. Qadın polisə verdiyi ifadəsində uşaqlarını o öləndən sonra biabr olmasınlar deyə öldürdüyünü deyib:
"Mən bu vaxta qədər heç yaşamamışam. Çox rəzil bir həyatım olub. Həmin gün də intihar edəcəkdim, ancaq uşaqlarımın geridə qalıb, mənim kimi rəzil olmasın deyə, onları kəsdim".
Faktla bağlı istintaq davam edir./publika.az