Avstraliyanın Adelaida şəhərinin cənubundakı Kuber Pedi qəsəbəsi qeyri-adi və təbii arxitekturasına görə turistlərin diqqət mərkəzindədir.
Axar.az xəbər verir ki, yerin altında salınan məşhur qəsəbədə 2000 nəfər məskunlaşıb. Kuber Pedidə yaşayış evləri ilə yanaşı, alış-veriş, əyləncə mərkəzləri, muzeylər, kilsələr və s. yerləşir.
Yay aylarında temperatur 40-70 dərəcə arasında dəyişdiyindən insanlar opal (qiymətli daş) mədənlərindən qalan quyularda 1500-dən çox ev inşa edərək istidən qorunmağa çalışırlar.
Ümumilikdə isə Adelaida şəhəri əhalisinin 60 faizi yerin altında yaşayır.