Xəzər Xəbər

Acun “O səs”ə “Azərbaycandan qatılan” uşaqları axtarır - VİDEO

Veb TV | 14:27 • 23 Oktyabr 2018
Acun “O səs”ə “Azərbaycandan qatılan”

Aparıcı-prodüser Acun İlıcalı "O səs Türkiyə"ni təqlid edərək yarışma hazırlayan uşaqları axtarır.

XəzərXəbər qafqazinfo-ya istinadən xəbər verir ki,İsmayıl Ceylan kəndinin uşaqları "O səs Türkiyə" yarışmasını hazırlayıblar.

"Tamaşaçılar"ı daşın üzərində, münsifləri isə adi stullarda əyləşdirən uşaqlar həqiqi yarışmadakı dialoqları səsləndiriblər. Üstəlik, iştirakçı müsabiqəyə Azərbaycandan qatıldığını bildirib.

Sosial şəbəkədə izlənilmə rekordu qıran video Acunun da diqqətini çəkib. O, görüntünü paylaşaraq "İlk işim sizi tapmaq olacaq" yazıb.


Xəbər lenti

Çox oxunanlar