Xəzər Xəbər

Prezident İlham Əliyev İmişliyə səfər edib VİDEO

Veb TV | 20:55 • 22 Oktyabr 2018
Prezident İlham Əliyev İmişliyə səfər edib

Bu gün prezident İlham Əliyev İmişli rayonuna səfər edib. Dövlət başçısının səfəri bir sıra iqtisadi və sosial əhəmiyyətli obyektlərin açılışı ilə müşayiət olunub.

Prezident İlham Əliyev İmişliyə səfəri ümummilli lider Heydər Əliyevin şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarətlə başlayıb.

Sonra Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Burada çıxış edən dövlət başçısı yeni infrasturktur layihəsinin İmişli və qonşu rayonların iqtisadiyyatının inkişafına təkan verəcəyini bildirib. 54 kilomter uzunluğunda olan Araz çayının yeni qolundan Biləsuvar, İmişli və Saatlı rayonlarının fermerləri geniş istifadə edə biləcəklər. Perspektivdə Biləsuvar və Sabirabad rayonlarının daha 10 min hektar azməhsuldar sahələrinin suvarma suyu ilə təminatı mümkün olacaq. Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

Prezident İlham Əliyev Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.Dövlət başçısına Hacıqabul-Mincivan yolunun 64 kilometrlik Bəhramtəpə-Horadiz hissəsində aparılan yenidənqurma işləri barədə də məlumat verilib.

Səfər çərçivəsində İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışı da olub. Yol 40 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısına İmişli-Yalavac-Axıcanlı-Rəsullu-Şahverdili-Bəhramtəpə-Qaragüvəndikli yolu barədə də məlumat verilib.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib. Prezidenti İlham Əliyev mərkəzin açılışında iştirak edib. mərkəzdə elektrik enerjisinin alış nöqtəsindən buraxılış nöqtəsinədək bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın idarə edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi işləri həyata keçiriləcək.

Prezident İlham Əliyev İmişli Rayon Məhkəməsinin yeni binasında yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, ümumi sahəsi 2300 kvadratmetr olan bina işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Dövlət başçısı İmişlidə Bayraq Muzeyinin açılışında da iştirak edib. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub. Ərazisi 8 min kvadratmetr olan muzey binası sərgi zalından, elektron kitabxana, inzibati və yardımçı otaqlardan ibarətdir.

İmişliyə səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında da iştirak edib. İkimərtəbəli binada yataq, geyim, məşğələ otaqları yaradılıb. Kompüter, musiqi və idman otaqları da balacaların ixtiyarına veriləcək.

Prezident İlham əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat" kompleksinin açılışında da iştirak edib. kompleks 4 mərtəbəli inzibati binadan və Asan Park istirahət güşəsindən ibarətdir. Bu mərkəz İmişli, Saatlı, Biləsuvar, Beyləqan, Zərdab və Fizuli rayonlarında qeydiyyatda olan ümumilikdə 624 mindən çox vətəndaşa xidmət göstərəcək. Prezident İlham Əliyev mərkəzi işə salıb.

Xəbər lenti

Çox oxunanlar