Sürücülər il ərzindəistədikləri vaxt texniki baxışdan keçə biləcəklər. Yeni qaydalara əsasən nasaz avtomobilləri də texniki baxışdan keçirmək mümkün olacaq. Lakin texniki baxış talonu verilməyəcək.
Nasaz avtomobilləri də texniki baxışdan keçirmək mümkün olacaq.
Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Dəyişikliyə əsasən minik və kiçik yük avtomobilləri istənilən halda texniki baxışdan keçirilməlidir.
Müayinə zamanı sürücüyə yalnız nasazlığın aradan qaldırılması ilə bağlı tövsiyyə verilə bilər. Növbəti texniki baxış vaxtına qədər isə həmin nasazlıq aradan qaldırılmazsa, nəqliyyat vasitəsi baxışdan keçirilməyə bilər. Nasaz avtomobillərin texniki baxışdan keçirilməsi qaydası böyük yük avtomobillərinə, avtobuslara və xüsusi təyinatlı nəqliyyat vasitələrinə aid deyil.
Ölkədə daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti də ləğv olunub.
Texniki baxış talonunun kağız daşıyıcı da verilmısi də ləğv edilib. Dövlət Yol Polisinin mərkəzi informasiya sistemində elektron Texniki Baxış Talonu sürücünün elektron kabinetinəyerləşdiriləcək.