"O səs Türkiyə” mahnı müsabiqəsinin bu ilki mövsümündə "Gəl ey səhər” mahnısı səsləndirilib.
Verilişin son buraxılışında Umut Fidan adlı iştirakçı "Haydar, haydar” mahnısı ilə çıxış edib. O, çıxışı ilə Hadisə və Beyazıt Öztürkü döndürməyi bacarıb.
Umut Fidan çıxışından sonra Acun İlicalı və münsiflərin istəyilə ikinci dəfə mahnı oxuyub. O, sözləri Fikrət Qocaya, musiqisi Polad Bülbüloğluna məxsus olan "Gəl, ey səhər” mahnısını ifa edib. Gəncin azərbaycan dilində oxuduğu mahnı alqışlarla qarşılanıb.
Xalq mahnılarımızı adətən anonim adıyla təqdim edən "O səs Türkiyə"nin təşkilatşıları bu dəfə mahnının müəllifini qeyd etməyi unutmayıb.