Xəzər Xəbər

Qaşıqçını öldürdü, ABŞ-a zəng etdi VİDEO

Veb TV | 15:13 • 22 Oktyabr 2018
Qaşıqçını öldürdü, ABŞ-a zəng etdi
Qaşıqçı cinayəti ilə bağlı yeni faktlar üzə çıxıb.

Qaşıqçı cinayətində sui-qəsd planının əsas təşkilatçısı kimi şübhəli bilinən Mahir Əbdüləziz Mütrəbin jurnalist Camal Qaşıqçını öldürdükdən sonra dörd dəfə vəliəhd şahzadə Məhəmməd ibn Salmanın ofis müdirinə zəng etdiyi məlum olub.

Onun zəng elədiyi şəxs isə şahzadənin ofis müdiri Bədr-əl-Əsakir olub. Həmin şəxs də vəliəhd şahzadənin "qara qutusu" kimi bilinir.
Mahir Əbdüləzizin ABŞ-da bir nömrəyə də zəng elədiyi aşkar olunub.

Onun ABŞ-da zəng etdiyi şəxsin vəliəhd şahzadə Məhəmməd ibn Salmanın həmin ölkədə Səudiyyə Ərəbistanının Baş konsulluğunda səfir olan qardaşı Xalid ibn Salman olduğu ehtimal olunur.

Qaşıqçı cinayətindən sonra Xalid ibn Salman Vaşinqtonu tərk edərək Ər-Riyada qayıdıb.

Medianın ehtimalına görə, o, ya ABŞ tərəfindən geri göndərilib, ya da şahzadə tərəfindən çağırılıb.

AzNews.az

Xəbər lenti