Sosial şəbəkələrdə Bibiheybət məscidi yaxınlığında dayanacağa girən avtobusun görüntüləri paylaşılıb.
Kadrlarda avtobusun bir tərəfi üstə əyildiyi görünür. Çox təhlükəli vəziyyətdə olan avtobusun döngəni necə döndüyü suallar doğurur, çünki hər an aşa bilər.
«Bu avtobus döngədə aşsa adını qoyacaqlar ki,"sürücü idarəetməni itirdi". Yazıq sürücü», - deyə videonu paylaşan Kənan adlı istifadəçi bildirib.