"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Sportinq”in futbolçusu Sebastyan Koates komanda yoldaşı Romen Salinin həyatını xilas edib. Bu, yerli çempionatın 7-ci turu çərçivəsində keçirilən oyunda baş verib.
"Portimonense” ilə səfər matçın44-cü dəqiqəsində meydan sahiblərinin vurduğu ikinci qol zamanı Salinin başı qapı dirəyinə dəyib.Zərbənin təsirindən özündən gedən qolkiperə ilkin yardımı məhz 28 yaşlı müdafiəçi göstərib.
O, həkimlər meydana daxil olana qədər əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.
Hadisədən dərhal sonra – 45-ci dəqiqədə qapıçı əvəzlənib. "Sportinq” bu oyunda 2:4 hesabıyla məğlub olub./faktxəbər