Avstraliyanın Brisben şəhərinin minlərlə sakini qorxuya düşüb.
"Daily Mail" bildirir ki, buna səbəb hərbi təyyarənin binaların arasından uçması olub.
Yerli əhali təyyarə bu qədər aşağıdan uçarkən 11 sentyabr hadisələrinin təkrarlanacağından qorxublar.
Avstraliyanın Kral Hərbi-Hava Qüvvələri açıqlayıb ki, "Boeing C-17" hərbi-nəqliyyat təyyarəsi şəhərdə manevrlər edib.Təyyarə "Sunsuper Riverfire” festivalı əsnasında Brisben şəhərinin mərkəzindəki Riverfeyr və Souz Benk səmtlərində uçub./faktxəbər