Abşeronda məişət tullantıları poliqonu inşa ediləcək. Bu , regionda ən böyük məişət tullantıları poliqonu olacaq və üç mərhələdə tikiləcək.
Abşeronda regionun ən böyük, dəyəri təxminən 45 milyon dollar olan məişət tullantıları poliqonu inşa olunacaq.
Hazırda Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya çərçivəsində həyata keçiriləcək Abşeron Sanitar Poliqonu layihəsinin sənədləri hazırlanır. Abşeron Rayonu İcra Hakimiyyətindən Xəzər Xəbər-ə verilən məlumata görə, bu poliqondan 4 rayon və Sumqayıt şəhəri istifadə edəcək.
Regional sanitar poliqonun inşası üçün Bakı-Şamaxı magistralının 35-ci kilometrliyində 70 hektara qədər ərazinin ayrılması planlaşdırılıb. Hazırda layihə ətraflı müzakirə olunur.
Poliqon üç mərhələdə tikiləcək. İlk mərhələnin 2022-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.