Xəzər Xəbər

Lənkəranda iki inəyi elektrik cərəyanı vuraraq öldürüb - transformatorun tok keçirdiyi iddiası var - VİDEO

Veb TV | 20:00 • 7 Oktyabr 2018
Lənkəranda iki inəyi elektrik cərəyanı vuraraq öldürüb -

Lənkəran rayonunun Liman şəhəri, Mirzə Ələkbər Sabir küçəsinin sakinləri məhəllədə qoyulan elektrik transformatorunun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər.

Xezerxeber.az bildirir ki, Fəxrəddin Qasımov, ona məxsus olan iki baş iribuynuzlu heyvanı cərəyan vuraraq öldürdüyünü iddia edir.

Baş verən hadisəni lentə alan qonşular da bu transformatorun ətrafdakılar üçün təhlükəli olduğunu deyirlər. Onlar bildirir ki, kənarında transformatorun olduğu bu yoldan uşaqlar da istifadə edir, məktəbə gedib-gəlirlər. 

Məsələ ilə bağlı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Lənkəran Elektrik Şəbəkəsinin baş mühəndisi Şamid Bəhrəmov bildirdi ki, bu transformator əraziyə iki il əvvəl qoyulub. Vətəndaşların müraciətindən sonra əraziyə təkrar baxış keçirilib və heç bir təhlükə aşkar olunmayıb.

Transformatorun ərazisini kənar təsirlərdən qorumaq üçün nəzərdə tutulan mühafizə hissəsindəki dəmir barmaqlıqlarda da hər hansı təhlükə ola bilməz. Hazırda heyvanları tələf olan Fəxrəddin Qasımovun şikayəti əsasında araşdırmalara başlanılıb. Heyvanların tələf olma səbəbinin dəqiqləşdirilməsi üçün nümunələr ekspertizaya təqdim olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar