İpoteka şərtlərinin yüngülləşdirilməsi mənzil bazarında satışları artırıb, tikinti sektorunda canlanma yaradıb.
Xezerxeber.az bildirir ki, ekspertlərin fikrincə, son dəyişiklikdən sonra ipoteka götürmək asanlaşıb.Bu səbəbdən də çıxarışı olan mənzillərin alıcısı artıb.
Dəyişikliklədən sonra kredit almaq istəyən şəxslərin rüblük sadələşdirilmiş vergi bəyannaməsi 24-dən 12-aya endirilib. İpoteka kreditlərinin verilməsində orta aylıq gəlirliliyin 40 deyil, 70 faizi nəzərə alınır. Həmçinin bir sıra qaydaların dəyişməsi də ipotekaya əlçatanlığı artırıb.
Ekspertlər, hazırda bazarda canlanmanın və aktivliyin müşahidə edildiyini deyirlər. Manatın məzənnəsinin sabit qalması da bu sektora öz müsbət təsirini göstərməkdədi. Bununla yanaşı, ipoteka üçün nəzərdə tutulan vəsatilərin təxminən 70 faizinin banklar tərəfindən vətəndaşlara verildiyi bildirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: