Havaların soyuması kombilərin qış rejiminə keçirilməsini zəruri edir. Mütəxəssislər isə kombinin qışa hazırlığını vacib sayır. Bunlardan ən vacibi sistemin yuyulmasıdır. Bu prosedur evinizin daha yaxşı qızmasına səbəb olmaqla yanaşı, qaza 25-30 faiz qənaət etməyə imkan verir. Üstəlik, bu presdur kombinin ömrünü də uzadır.
Xezerxeber.az bildirir ki, kombini yumaqla qaza qənaət edə və daha tez qızmanı təmin etmək olar.
Xüsusi avadanlıq vasitəsi ilə kombinin sistemi bütünlüklə təzyiqlə yuylur və şəbəkədən qara rəngli su tökülür. Bu proses isə kombinin rahat işlməsinə və ən əsası qaza qənaət etməyə imkan verir.
Mütəxəssislər kombiləri qış rejiminə keçirməmişdən əvvəl bir neçə prosedura əməl etməyi məsləhət bilirlər və bunlardanda ən vacibi sistemin dərmanla yuyulmasıdır.
Çünki uzun müddət işləyən kombilərin içində çirkab əməl gəlir və bu da sistemdə tıxanmaya səbəb olaraq qaz sərfiyyatını artırır, radiatorların yaxşı qızmamasına səbəb olur. Odur ki, bu prosedurun ən çoxu 3 ildən bir təkrarlanması tövsiyə edilir.
Sistemin yuylması seksiyalara əsasən həyata keçirlir və bir bölmə üçün 15-20 manat ödəniş tələb edilir. Bundan başqa, uzun müddət işləməyən kombilərin ilk istifadədən qabaq içinin və hava yollarının da təmizlənməsi tövsiyə olunur. Adətən sistemi yuyan usta bu kimi xırda işləri təmənnasız icra edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: