Xəzər Xəbər

Evində narkotik gizlədən şəxs ələ keçdi VİDEO

Veb TV | 20:51 • 6 Oktyabr 2018
Evində narkotik gizlədən şəxs ələ keçdi

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göytəpə kənd sakini Pərviz Xalıqverdiyev həbs edilib.

Onun evindən 514 qrama yaxın marixuana və çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti