Xəzər Xəbər

Bakıda DYP maşını ilə taksi toqquşdu - Polis yaralandı VİDEO

Veb TV | 18:40 • 6 Oktyabr 2018
Bakıda DYP maşını ilə taksi toqquşdu - Polis yaralandı
Bu gecə səhərə yaxın, saat 4 radələrində Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Füzuli küçəsi 53 ünvanında (Heydər Əliyev adına Respublika Sarayının yanı) 99 YP 361 dövlət nömrə nişanlı Dövlət Yol Polisi maşını ilə taksi kimi istifadə olunan "Opel Zafira” markalı avtomobil toqquşub. Nəticədə "Opel” maşını alovlanıb, DYP avtomobili isə Qış Parkına girib.

Qəza zamanı polis əməkdaşı ağır xəsarət alıb. O, 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu deyilir.

"Opel Zafira” maşınının sürücüsünə gəlincə, o, yüngül xəsarətlə qurtulub. Hər iki avtomobil yararsız hala düşüb.

Əraziyə xeyli sayda YPX əməkdaşı, Post Patrul Xidməti və Təcili Tibbi Yardım maşını gəlib.

Taksi sürücüsü bildirib ki, qəzaya səbəb polis maşınının qırmızı işıqda keçməsidir. Polisdən isə hadisənin belə olmadığı, polis maşınının hərəkətsiz dayandığı vaxtda "Opel”in sürətlə gələrək ona çırpıldığı bildirilir. (BakuPost)


Xəbər lenti