Xəzər Xəbər

Dünya hələ belə çeçen toyu görməmişdi VİDEO

Veb TV | 13:55 • 6 Oktyabr 2018
Dünya hələ belə çeçen toyu görməmişdi

Dünən Çeçenistanda paytaxt Qroznının 200 illik yubileyi qeyd olunub.

Şəhər Gününün təntənəli şəkildə qeyd olunduğu mərasimdə bir ilk də olub.

Çeçenistanın, habelə Rusiyanın tarixində ilk dəfə olaraq 200 çeçen cütlük eyni gündə, eyni məkanda ailə qurublar.

"Kütləvi toy" Qroznının mərkəzindəki Çiçək Şəhərciyində baş tutub. 200 çeçen gəlin valideynlərinin və qohumlarının müşayiəti ilə çiçək tağlarının altından keçiblər. Onlar qədim çeçen adətinə uyğun olaraq, əllərində çiçək dəstələri və küzələr tutmuşdular.

Qroznı şəhərinin təməli 1818-ci ildə Sunja çayının sahilində qala qismində qoyulub.

Çeçenistanda toy mərasimləri yerli hakimiyyət orqanlarının sərt nəzarəti altında keçir. Xüsusi komissiya gəlinlərin geyimini yoxlayır, gəlinlikləri açıq-saçıq olmasına icazə vermir.

Qız qaçırmağın yasaqlandığı Çeçenistan boşanmaların sayına görə Rusiyada sonuncu yerlərdən birini tutur.

Milli.Az

Xəbər lenti