Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda ictimai nəzarəti artırmaq üçün yeni metod tətbiq edilməyə başlayıb.
Xezerxeber.az bildirir ki, imtahanlarda iştirak edəcək nəzarətçilər sertifikatlışdırılacaq. Oktyabrın 1-dən başlayan və yanvar ayına qədər davam edəcək proses elektron qaydada həyata keçirilir.
Dövlət İmtahan Mərkəzinin bazasında olan 15 min nəzarətçi müəllimdən əlavə yeni nəzarətçilərin cəlb edilməsi nəzərdə tutulub.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Adıgözəl Həbibovun dediyinə görə, bu metod müxtəlif təşkilatlarda, şirkətlərdə işləyənlər üçün imtahan nəzarətçisi olmaq imkanı yaradır. Sertifikatlaşdırma üçün elektron qeydiyyatdan keçmək lazımdır.
Qeydiyyatdan sonra namizədlər ilkin müsahibədən keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanilmasi üçün test imtahanina dəvət edilir. Test imtahanindan uğurla keçən namizədlər təlimlərə cəlb edilir. Iki günlük təlimlərdən sonra yekun imtahan keçirilir.Təlimlərdə iştirak ödənişlidir və 50 manat təşkil edir. Imtahandan 60% müsbət nəticə göstərərək uğurla keçənlər Dövlət İmtahan Mərkəzinin elektron nəzarətçilər bazasına zal nəzarətçisi statusu ilə və müvafiq kateqoriya alaraq daxil edilir. Hər imtahanda iştiraka görə nəzarətçilərə 35-40 manat ödəniləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: