Bakıda minik avtomobili ilə avtobus sürücüsü mübahisə edib. Sözlə başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.
Xezerxeber.az bildirir ki, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ''Əhmədli'' metrostansiyası yaxınlığında baş verib. Davanı isə yaxınlıqda yaşayan sakinlərdən biri mobil telefonla çəkərək sosial şəbəklərdə paylaşıb.
Məlumata görə, minik avtomobilinin sürücüsü ''Əhmədli'' metrostansiyası yaxınlığından ''Xəzər Univermağ''ı istiqamətində qanunsuz fəaliyyət göstərən nömrəsiz avtobus sürücüsü Bayram adlı şəxsə yolu bağlamasını irad tutub. Bu zaman hər iki sürücü dava edib. Dava zamanı minik maşınının sürücüsü Bayramı döyüb. Ətrafda olan insanların müdaxiləsindən sonra onları ayırmaq mümkün olub. Ərazidə olan avtobus sürücüləri iddia edirlər ki, günah minik maşınının sürücüsündə olub.
Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, minik avtomobilinin sürücüsü barədə "giriş qadağandır" nişanının tələbini pozduğu üçün inzibati qaydada cərimə tətbiq edilib. O ki qaldı ''Əhmədli'' metrostansiyası yaxınlığından ''Xəzər Univermağ''ı istiqamətində qanunsuz fəaliyyət göstərən nömrəsiz avtobusların fəaliyyətinə, Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, buna onlar nəzarət etmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: