Bakıda kultivasiya yolu ilə narkotik yetişdirən şəxs saxlanılıb.
Xezerxeber.az bildirir ki, daxil olan məlumat əsasında paytaxtın Suraxanı rayon 30-cu Polis Şöbəsinin əməkdaşları Hövsan qəsəbəsində əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Novruz Hüseynov saxlanılıb. Onun qəsəbə ərazisində yerləşən evinin həyətinə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən 16 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin yaşadığı evdən qurudulmuş formada 1 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.
Bənzər əməliyyat Şəmkirdə də keçirilib. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə Regional Şöbəsinə Şəmkir rayonunun Dəllər-Cəyir kənd sakini 36 yaşlı Eynur Əliyevin narkotik tərkibli bitkilərin kultivasiyası, eyni zamanda satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Polis Eynur Əliyevin yaşadığı evə baxış keçirib. Evin həyətində qurulan istixananın kənarında aqrotexniki qaydada yetişdirilən 11 ədəd çətənə kolu aşkarlanıb.
Ümumi çəkisi 10 kiloqram 600 qram olan narkotik maddə - marixuana və digər zəruri sübutlar İdarənin İstintaq şöbəsinə göndərilib. Əvvəllər məhkumluq həyatı yaşayan Eynur Əliyevin tutulub məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: