Qadınvelosipedçi dünya rekordu vuraraq velosipeddə ən sürətlə hərəkət edən insan titulunu qazanıb.
Daily Mail bildirir ki, rekord ABŞ-ın Yuta ştatındakı "Bonneville Salt Flats"da keçirilən "World of Speed"də gerçəkləşdirilib.
45 yaşlı danimarkalı Denis-Müller Korenek velosipeddə 294,5 km/saat sürətə nail olub.
Rekordu vurmaq üçün o, peşəkar ralliçi Şea Holbruk-Çorli ilə birləşmişdi.
Holbruk-Çorlinin idarə etdiyi draqsterin arxasına kanatla bağlanmış velosipeddə oturmuş Denis start xəttindən başlayaraq aşmamağa çalışıb.
Draqster 300 km/saat sürətə çatanda kanat açılıb və Denis velosipedin pedallarını fırladaraq maşından geri qalmamağa çalışıb.
İndiyədək dünyada ən sürətli velosipedçi hollandiyalı Fred Romprelberq idi.
O, 1995-ci ildə avtomobilin arxasına kanatla qoşulan, kanat açılandan sonra "azad" hərəkət edən velosipeddə velosipeddə 268,7 km/saat sürətə nail olmuşdu.
Milli.Az