Türkiyədə maraqlı yarış keçirilib. Dənizlidə keçirilən yemək yarışında rekord da qeydə alınıb.
43 kilo çəkisi olan Mehriban Kadap adlı qadın hər kəsi şoka salıb. Belə ki, o, cəmi 30 dəqiqə ərzində 290 çöp kabab, 3 ayran, 1 salat, 1 qızardılmış toyuq, 1 kilo ketçup və 1 kilo mayonez yeyərək rekordu təzələyib.
Qadın rekorda görə 15 min lirə (3.900 manat) dəyərində hədiyyə qazanıb.