Suriyanın Ləzkiya əyalətində İsrail qırıcılarının raket hücumu ilə bombardman elədikləri «Texniki sənaye mərkəzi» zavodunun görüntüləri paaylaşılıb.
Yaxın Şərq mediasına istinadla həmin görüntüləri təqdim edirik.
Rusiyanın 15 hərbçisini daşıyan "İl-20" təyyarəsi Aralıq dənizi hövzəsində Suriyanın "S-200" RƏM sistemi tərəfindən səhvən vurulub. FaktXəbər "RT"yə istinadən bildirir ki, bu barədə Rusyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, rusiyalı hərbçiləri daşıyan"İl-20"təyyarəsi ilə əlaqə Hmeymim aviabazasına geri qayıdarkən sahilə 35 km qalmış kəsilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatında həmçinin deylir ki, təyyarə İsrailə məxsus dörd ədəd "F-16" təyyarəsinin Lazkiyə şəhərindəki Suriya obyektlərinə hücumu zamanı vurulub.
Bundan əlavə, Rusiyanın Hava Hücumundan Müdafiə qüvvələri həmin ərazidə olan Fransanın "Auvergne" freqatından raket atıldığını da qeydə alıb./faktxəbər