Xəzər Xəbər

Sosial şəbəkədə yayılan videoya görə 3 nəfər həbs edildi – BAKIDA ƏMƏLİYYAT - VİDEO

Veb TV | 12:45 • 20 Sentyabr 2018
Sosial şəbəkədə yayılan videoya görə 3 nəfər həbs edildi

Daxili İşlər Nazirliyi Bakıda marketdən yağ oğurlayan şəxsi döyən şəxslərlə bağlı məlumat yayıb. Nazirlikdən XəzərXəbər-ə verilən məlumata görə, bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yerləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb. Mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

*****

11:41

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhər Xətai rayonu ərazisində, Əhmədlidəki marketdən yağ oğurlayan şəxsin həmin marketin rəhbəri və daha 2 nəfər tərəfindən tutularaq döyülməsi hadisəsinin görüntüləri yayılıb.

Görüntülərdən məlum olurdu ki, market işçiləri mağazadan yağ oğurlayan şəxsi təqib edərək tutub və onu təpiklərinin altına salaraq döyüblər.

Hadisənin görüntüləri yayılandan sonra məsələyə ictimai qınaq artıb və tanınmış insanlar da bu hadisəyə reaksiya göstərərk yağ oğurlayan şəxsin bu formada döyülməsinə etiraz ediblər. Artıq hüquq-mühafizə orqanları da məsələni araşdırıb və yağ götürüb qaçan şəxsin döyülməsinə görə araşdırmalara başlanılıb.

Həmin videonu təqdim edirik.


Xəbər lenti