Xəzər Xəbər

İlyas İsmayılovun oğlunu öldürən iş adamı tutuldu VİDEO

Veb TV | 09:22 • 20 Sentyabr 2018
İlyas İsmayılovun oğlunu öldürən iş adamı tutuldu
İstanbulda azərbaycanlı iş adamı Etimad İsmayılovun qətlində şübhəli bilinən Gözəl Dəmirov saxlanılıb.


Sabiq polis rəisi olan G.Dəmirov gecə saatlarında keçirilən xüsusi əməliyyat nəticəsində Beşiktaş Etilər məhəlləsində ələ keçirilib.



Qətlin səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, 19 sentyabr tarixində axşam saatlarında E.İsmayılov öz ofisində G.Dəmirovla görüşüb. Aralarında pul məsələsi olan iş adamlarının mübahisəsi qanlı cinayətə səbəb olub. Mübahisə zamanı Dəmirov üzərində gəzdirdiyi silahla İsmayılovun baş və ürək nahiyəsinə atəş açaraq hadisə yerindən uzaqlaşıb. İsmayılov təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, cinayətdə adı hallanan G.Dəmirov 90-cı illərdə DİN-in idarə rəisi olub. O, Türkiyəyə köçərək orada özünə biznes qurub. E.İsmayılov isə Azərbaycanın sabiq deputatı, Ədalət partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır./azvision.az


Xəbər lenti

Çox oxunanlar