Xəzər Xəbər

"Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır'' - VİDEO

Veb TV | 20:32 • 19 Sentyabr 2018
"Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır'' -

"Məscidlərdən qara bayraqlar deyil, Azərbaycan bayrağı asılmalıdır''.

Xezerxeber.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov belə deyib.

Bu istiqamətdə ciddi marifləndirmə işlərinə ehtiyac olduğunu deyən Amil Cavadov bildirib ki, bayrağımızın üzərində olan yaşıl rəng İslamın rəmzidir. Məhz buna görə də məscidlərdə, küçələrdə Azərbaycanın dövlət bayrağı dalğalanmalıdır.

Bu arada, sabah Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq. Məhərrəmlik mərasimləri məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməsi tövsiyə olunur. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, baş yarmaq, zəncir vurmaqla qan çıxarmaq kimi qınağa səbəb olan hərəkətlərə yol verilməməlidir.

Qan çıxarmağı zəruri hesab edənlərə tövsiyə edilir ki, onlar bu cür bəyənilməyən əməllərin əvəzinə, könüllü olaraq qanvermə aksiyalarına qoşulsunlar. Bununla onlar Allah qarşısında böyük savab qazanmaqla yanaşı, qan çatışmazlığından əziyyət çəkən minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olarlar.

Aşura günü ilə əlaqədər sabah ümumilikdə ölkə üzrə 26 məntəqədə qanvermə aksiyası keçiriləcək. Aksiya Bakı şəhərində 10 məsciddə və bir neçə tibb mərkəzində aparılacaq.

İnsanlar da bu aksiyalara qoşulub, ehiyacı olanlara qan verməyi daha üstün tuturlar.

Bir sözlə, Aşura günü öz ruhuna uyğun şəkildə keçirilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti