Öz yolu ilə hərəkət edən sürücünün qarşısına qəfil başqa bir avtomobil çıxaraq qəza şəraiti yaradır. Əks zolağa çıxan 90 NO 018 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü, yol hərəkəti qaydasını kobud şəkildə pozur.
Xezerxeber.az-ın məlumatına görə, hadisənin paytaxtın Sabunçu rayonu, Anaşkin küçəsində baş verdiyi iddia olunur.
Sağa keçməyə yol olmasına baxmayaraq xanım sürücü digərindən yolu boşaltmağı tələb edib. İddia olunur ki, həmin sürücü "Yol mənimdir, belə sürürəm, götür zibilini burdan" kimi kobud ifadələr də işlədib. Daha sonra isə avtomobili elə yolun ortasında saxlayaraq gedib.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov hadisədən xəbərdar olduqlarını bildirib.
Bəs belə halda qaydanı pozan sürücünü hansı cəza gözləyir?
Hüquqşunasların sözlərinə görə, həmin sürücü əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydalarını pozub. Buna görə də yol polisi sürücünü 60 manat və 3 cərimə balı ilə cəzalandıra bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: