Xəzər Xəbər

Şəmkirdə Ukrayna vətəndaşının pulu və sənədləri oğurlanıb - ANBAAN GÖRÜNTÜLƏR - VİDEO

Veb TV | 20:25 • 19 Sentyabr 2018
Şəmkirdə Ukrayna vətəndaşının pulu və sənədləri oğurlanıb -

Şəmkirdəki marketlərdən birində Ukrayna vətəndaşına məxsus içərisində pul və sənədlər olan pulqabı oğurlanıb.

Oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Sənədləri oğurlanan həmin qadının vətəndaşı olduğu ölkəyə qayıtması üçün verilən müddət isə azalır.

Xezerxeber.az-ın məlumatına görə, oğurluq hadisəsi bir neçə gün əvvəl Şəmkirdə törədilib. Əslən Gədəbəyin Xarxar kəndindən olan Ukrayna vətəndaşı Aygünə Musayeva Şəmkirdəki mağazalardan birində paltarlara baxarkən əl çantasından pulqabı götürülüb. Oğurluq hadisəsi mağazadakı müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Aygünə Musayevanın vətəndaşı olduğu ölkəyə qayıtması üçün vaxtı da azalır.

Məsələ ilə bağlı Şəmkir polisindən "Xəzər Xəbər"ə bildirildi ki, hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Onun ən qısa müddətdə saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar