Ermənistanın baş naziri Nikol Paşinyanın bir-birinə zidd olan açıqlamaları danışıqları pozur və real müharibə təhlükəsi yaradır. Ancaq beynəlxalq təşkilatlar Ermənistan tərəfinə buna görə heç bir təzyiq etmirlər. Azərbaycan isə hər zaman öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır. Bunun məsuliyyəti isə Ermənistanın yeni baş nazirinin üzərinə düşür.
Nikol Paşinyan hakimiyyətə gələndə hamıda belə bir təəssürat yaranmışdı ki, yeni rəhbər bölgədə uzunmüddətli sülhün yaranmasında həlledici rol oynaya bilər. Ancaq demokrat adı ilə hakimiyyət gələn, daha sonra diktator addımları ilə hər kəsi təəccübləndirən Nikol Paşinyan mövcud vəziyyəti pisləşdirməkdən başqa bir işə yaramadı. Öncə dedi mən sülh danışıqlarına hazıram, ardından isə Dağlıq Qarabağın danışıqlarda tərəf olmasını tələb kimi qarşıya qoydu. Özü də bilə-bilə ki, bu tələb Azərbaycan tərəfindən heç bir şərtlə qəbul edilən deyil.
Ermənistan rəhbərinin beynəlxalq hüquqa və mövcud vəziyyətə uyğun olmayan davranışlarıprezident İlham Əliyev və ATƏT baş katibi Tomas Qremingerin Bakıdakı görüşündə də əsas müzakirə mövzusu olmuşdu.
Maraqlı bir məqam isə ondan ibarətdir ki, Nikol Paşinyanın aqrressiv və məramı bəlli olmayan davranışları təkcə Azərbaycana yox, Ermənistanın daxilində ona müxalif olan hər kəsə qarşı yünəlib. Millət vəkili Elman Nəsirov bildirir ki, artıq onun diktator olduğu ermənistan siyasətçiləri səviyyəsində daha tez tez dilə gətirilir.
Prezident İlham Əliyev ATƏT-in baş katibi ilə görüşündə bir məqama da xüsusi diqqət çəkdi ki, danışıqlar prosesinin tam pozulması halında baş verəcək hadisələrə görə məsuliyyəti birbaşa Nikol Paşinyan daşıyacaq. Çünki Paşinyanın mövcud yanaşmasıdanışıqlara yer qoymur. Yəni belə getsə Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə qaytarmaqdan başqa yolu qalmaycaq. Qüvvələr balansını və aprel döyüşlərini göz öznünə gətirsək müharibənin necə nəticələyini isə proqnozlaşdırmaq çətin deyil.
Ancaq təəssüflər olsun ki, ATƏT-in Minsk qrupu həmsədrləri hər zaman regiona səfər edərkən işğala məruz qalan Azərbaycanla işğalı törədən Ermənistan arasındafərq qoymurlar. Bu isə ədalətsizlik və ikili startlara söykənən yanaşmadır.