Neftçalada icazəsiz ov edən 3 nəfər ərəb saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan turistlər qanuna uyğun şəkildə cərimələnib. Ov zamanı istifadə edilən silahlar müsadirə edilib.
İcazəsiz ov edən ərəblər cərimələndi.
Neftçalada icazəsiz ov edən ərəblər saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları rayonun Uzunbabalı kəndi ərazisində müvafiq icazə olmadan ova cəhd edən 3 nəfəri saxlayıb.
Ova cəhd edənlərin Səudiyyə Ərəbistanı vətəndaşları - Abdulrahman Fahad Almehemid, Nasser Saleh Alnuuayser və Fahad Sulaiman Alhumaid olduğu məlum olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimovun sözlərinə görə, reyd zamanı ərəblərdə aşkarlanan ov alətləri müsadirə olunub, özləri isə cərimələnib.
Faiq Mütəllimovun sözlərinə görə, nazirliyin əməkdaşları tərəfindən reydlər davam etdirilir. Ekoloji qayda pozuntusuna rast gələn vətəndaşlar da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 nömrəli qaynar xəttinə müraciət edə bilərlər.