Xəzər Xəbər

Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb VİDEO

Veb TV | 20:34 • 13 Sentyabr 2018
Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb

Mingəçevirdə evlərə qənim kəsilən oğru dəstə saxlanılıb. Onlar evlərdən qızıl zinət əşyaları və nağd pul oğurlayıblar. Ev sahiblərinə dəyən ziyanın ümumi məbləği isə 45 min manatdan çoxdur.

Əvvəlcədən evləri müəyyənləşdiriblər, sonradan həmin evlərə girib qarət ediblər.

Oğurluq hadisələri Mingəçevirdə olub. Şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabrından bu ilin avqustuna qədər 3 müxtəlif ünvanda yerləşən mənzillərdən ümumi dəyəri 45 min manatdan artıq qızıl-zinət əşyaları və nağd pul oğurlayan 5 nəfər şəhər sakini tutulub. Saxlanılan şəxslər əvvəlcədən müəyyən etdikləri mənzillərə gecə saatlarında daxil olaraq cinayət əməllərini həyata keçiriblər.

Ələ keçən dəstə üzvləri əməllərini etiraf edərək törətdiklərindən peşman olduqlarını bildiriblər. Onlar evlərə daxil olan zaman əvvəlcədən plan qurduqlarını və bu plana uyğun hərəkət etdiklərini deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar