Prezident İlham Əliyev bu gün Nardaran qəsəbəsində 295 nömrəli, Maştağa qəsəbəsində 187 nömrəli,Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəblərdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 2003-cü ildə inşa olunan üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. 886 şagird yerlik məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin nəzəri biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbin bütün sinif otaqları zəruri avadanlıqla təchiz edilib.
Sonra Dövlət başçısı Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbdəəsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. 1936-cı ildən fəaliyyət göstərən məktəbdə2362 şagird təhsil alır. Bu gün 82 yaşı olan bu məktəbdə keyfiyyətli təhsilə yiyələnmək üçün bütün şərait yaradılıb.Bu təhsil ocağında bütün sinif otaqları, fənn kabinetləri , laboratoriyalar , akt ,idman, kompüterzalı ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin ixtiyarında zəngin kitabxana və oxu zalı da olacaq.
Prtezidentin əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğuZabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəb binası 1936-cı ildə inşa olunub. Bugünədək burada heç bir əsaslı təmir işləri aparılmayan məktəb binası 1941-1945-ci illərdə təxliyyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayındanməktəbdə əsaslı təmir və bərpa işlərinə başlanıb. Hazırda burada 2136 şagird təhsil alır. Məktəbdə 22 sinif, 5 laboratoriya, akt zalı, hərbi otaq, kitabxana və yeməkxana var. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.