Sentyabrın 13-də Ağsu rayonunun Mikayıl Müşfiq küçəsində Mürsəlov Mübariz Möhtərəm oğluna məxsus evdə faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.
Rayon Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən bölgə müxbirinə bildirilib ki, saat 01:32 radələrində daxil olan məlumatdan dərhal sonra hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və 30 kvadratmetr sahəsi olan birmərtəbəli, iki otaqlı evdə yanğın söndürülüb. Mənzilin 15 kvadratmetr sahəsi isə tamamilə yanıb.
Ərazidə aparılan baxış zamanı meyit tapılaraq rayon prokurorluğuna təhvil verilib. Araşdırma nəticəsində meyitin 1974-cü il təvəllüdlü Mübariz Mürşüdova məxsus olduğu məlum olub.
Hadisənin başvermə səbəbləri araşdırılır.