Türkiyənin Bursa vilayətində qız övladlarına cinsi təcavüz etdiyinibildiyi üçün arvadı Emine Keskinin boğazını kəsib, öldürdüyü iddia edilən Ahmet Keskinin məhkəməsi başlayıb.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, qətl olayıyla bağlı son prosesdə Emine Keskinin öldürülməmişdən öncəbacısı ilə telefon danışıqlarına aidsəs yazıları ortaya çıxıb. Səs yazılarında Emine Keskinin evəgizli kamera yerləşdirdiyi vəAhmet Keskinin bunu hiss etdiyi detalı diqqət çəkib.
İddiaya görə, qızlarını zorlayan Ahmet Keskinbunu öyrənən vəsübuta yetirmək istəyən arvadı Emine Keskini maşınla gəzdikləri zamanboğazını kəsərək öldürüb.
"İKİ İLDİR SƏNƏ XƏYANƏT EDİRƏM"
Ahmet Keskin isə prosesdə özünü belə müdafiə edib:
"Sən dünən gecə belə məndən harada olduğumu soruşa bilməzsən, iki ildir səni aldadıram. Nəoldu, mənimi öldürəcəksən? Sən toyuq belə kəsə bilmirsən" dedi. Uşaqların məndən olmadığını söyləyincə, fikirlərim qarışdı. Sonra olan oldu. Mən belə bir şeyəəsla cəsarət edə bilməzdim, peşmanam".
Arvadının ona xəyanət etdiyini iddia edən Keskinin tələbi ilə 4 uşağından da DNTtesti götürülüb. Son prosesdə DNT testininnəticələri hazır olub, məhkəməyə çatdırıla bilinmədiyi üçün proses təxirə salınıb.